Hazırda Rusiyada 670 min xarici vətəndaş qanunsuz qalır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy İnsan Hüquqları üzrə Səlahiyyətlilərin Ümumrusiya Koordinasiya Şurasında deyib.
"Bu gün ölkədə 670 min insan qanunsuz qalır, onların üçdə biri qadınlar və uşaqlardır", - o qeyd edib.