"Mən bütün beynəlxalq ictimaiyyətə Ermənistanla Azərbaycan arasında sülh əldə olunduğu haqda məlumat verməkdən məmnunam"
Senzor.az bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
“Donald Tramp bu prosesdə həlledici rol oynayıb. Onun öhdəliyi və ardıcıl addımları əvvəllər qeyri-mümkün kimi görünənləri həyata keçirməyə imkan verdi”, - Paşinyan əlavə edib.
O, İlham Əliyevlə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərini də xatırladıb.
“Çünki biz onun həqiqətən sülh ideyasına sadiq olduğunu öz gözümüzlə gördük”, - Paşinyan vurğulayıb.