Macarıstan Rusiya pilotsuz təyyarələrinin qəsdən və ya təsadüfən hava məkanını pozması halında onları məhv etməyi planlaşdırır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
"Biz bundan qorxmuruq, onları mütləq vuracağıq", - o bildirib.
Orban hesab edir ki, qərbi avropalıların Rusiya PUA və təyyarələrinin bir neçə ölkənin hava məkanını pozması ilə bağlı mövqeyi düzgün deyil.