NATO ölkələrinin liderləri ötən həftə Alyansın hava məkanına nəzarət üzrə vahid siyasətə keçid məsələsini müzakirə ediblər.
TASS xəbər verir ki, onlar hava məkanına nəzarət üzrə bütün tədbirlərin razılaşdırılmasına və sinxronlaşdırılmasına nail olmaq niyyətindədirlər.
Məsələ Alyansın Hərbi Komitəsinin sentyabrın 26-27-də Riqada keçirilən baş qərargah rəisləri səviyyəsində iclasında müzakirə edilib.