Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib
FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Çıxışda Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı barədə məlumat verilib.

 

Nazirlər Şurasının uğurlu təşkilinə görə Tacikistan tərəfinə təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Türkmənistana uğurlar arzulanıb.

 

Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib. 

Nazir Ceyhun Bayramov 28 sentyabrdan 8 oktyabra qədər Azərbaycanda keçirilmiş III MDB Oyunlarının uğurlu təşkilindən bəhs edib və Laçının 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, Laçın şəhərinin unikal irsini nümayiş etdirmək məqsədilə artıq çoxsaylı mədəni tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

 

Təhlükəsizlik çağırışlarına toxunan nazir, terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əlaqələndirilmiş səylərin vacibliyini vurğulayıb və bu sahələrdə qəbul olunacaq birgə sənədləri alqışlayıb.

 

Çernobıl faciəsinin 40 illiyi ilə bağlı danışan nazir, bu hadisənin davam edən humanitar və ekoloji nəticələrini xatırladıb.

 

Azərbaycanın MDB tərəfdaşları ilə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyi vurğulanıb, qarşılıqlı ticarətin davamlı artımı müsbət dinamikanın göstəricisi kimi qeyd olunub.

 

Ölkəmizin MDB çərçivəsində etimadın gücləndirilməsinə və konstruktiv dialoqun təşviqində maraqlı olduğu qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.