Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb - AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏDBİRDƏ İŞTİRAK EDİR
VİDEO

Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb.

 

Senzor.az bildirir ki, "Millət" sarayında keçirilən görüş şəkil çəkdirmə mərasimi ilə başlayıb.

 

Sammit qapalı formatda keçirilir.

 

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edirlər.

 

Sammit zamanı Birlik çərçivəsində praktiki qarşılıqlı əlaqə məsələləri müzakirə olunacaq və yaxın illər üçün əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdiriləcək.

 

İclasın yekunlarına əsasən 2026-2030-cu illər üçün MDB-nin xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə əməkdaşlıq proqramları, 2026-2028-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə, eləcə də 2030-cu ilədək hərbi əməkdaşlıq konsepsiyası daxil olmaqla bir sıra mühüm sənədlərin qəbul edilməsi planlaşdırılır.

 

Forumun qərarlarından biri "MDB+" formatının təsis edilməsi və Şanxay Əməkdaşlıq Təşkilatına Birlikdə müşahidəçi statusunun verilməsi olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.