Axtarışda olan iki narkobaron xaricdə tutuldu və... TÜRKİYƏYƏ GƏTİRİLDİ
VİDEO

Türkiyə Daxili İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvafiq  qurumları ilə həyata keçirdikləri birgə əməliyyat nəticəsində narkobaron Abdullah Alp Üstün (ləqəbi "Don Vito" ) və onunla eyni mütəşəkkil cinayətkar qrupun maliyyə əməliyyatları üzrə "məsul şəxsi" Hasan Lala tutulublar.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində məlumat verib.

 

O bildirib ki, şübhəlilər oktyabrın 11-də səhər saatlarında Türkiyəyə ekstradisiya edilib.

 

Məlumata görə, Abdullah Alp Üstünün "CHROOKE" adlandırılan mütəşəkkil cinayətkar təşkilatının başçısı olduğu müəyyənləşib və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunub. Hasan Lala da həmin təşkilatda maliyyə əməliyyatlarından "məsul şəxs" olduğuna görə beynəlxalq axtarışa verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.