Azərbaycanın Baş Qərargah rəisi Türkiyədə “Atəş Sərbəst-2025” təlimini izləyib
FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

 

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

**

Türkiyə Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, ölkənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst-2025" təliminin müşahidəçi gününü izləyib.

 

Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, Quru Qoşunlarının komandanı general-mayor Nahit Şenoğul da təlimi izləyiblər.

 

Hərbçilər şərti hədəfləri dəqiqliklə vurublar.

 

Yaşar Gülər təlimdə iştirak edən şəxsi heyətlə görüşüb və fərqlənən hərbi qulluqçuları təbrik edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.