ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Knessetdə (İsrail parlamenti) çıxış edəcək və Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək mərasimdə iştirak edəcək.
Senzor.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 13-ü səhər saatlarında İsrailə gələcək Tramp daha sonra "HƏMAS" girovlarının ailələri ilə görüşəcək və Knessetdə çıxış edəcək. Digər məlumatlar açıqlanmayıb.
Amerika lideri mərasimdə iştirak etmək üçün Bakı vaxtı ilə saat 14:45-də Şarm əl-Şeyxə gedəcək. Onun qısa müddət sonra ABŞ-a yola düşəcəyi planlaşdırılıb.
Onu da qeyd edək ki, daha əvvəl Tramp Misirdə bir çox ölkələrin liderləri ilə görüşlər keçirəcəyini açıqlayıb.