Azərbaycan İran və Rusiya ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir – ŞAHİN MUSTAFAYEV

Azərbaycan Respublikası həm İran İslam Respublikası, həm də Rusiya Federasiyası ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

 

Senzor.az bildirir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Federasiyası və İran İslam Respublikası nümayəndələri ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.

 

“Bu xüsusda əminik ki, hər iki ölkə ilə çoxşaxəli əlaqələrimiz bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli müstəvidə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda inkişaf edəcək, yeni məzmunla daha da zənginləşəcək”, - deyə o bildirib.

 

Ş.Mustafayev dövlətlərarası münasibətlərin qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin vacibliyini xüsusilə qeyd edib.

 

“Bütün sahələrdə əməkdaşlığın inkişafı üçün regionda sülh, sabitlik, təhlükəsizlik, rifah və əməkdaşlıq təşəbbüslərinin gücləndirilməsi olduqca önəmlidir.

 

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “3+3” regional məşvərət mexanizminin aktuallığı artmaqdadır. Bu təşəbbüs mövcud ikitərəfli və digər əməkdaşlıq formatlarını tamamlayır, regional təhlükəsizliyi və sabitliyi gücləndirir, iqtisadi artım və tərəqqi naminə yeni imkanlar yaradır.

 

Onu da qeyd edim ki, ölkələrimiz arasında üçtərəfli görüş formatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Həmin təşəbbüsə əsasan 2016-cı il avqustun 8-də Bakı şəhərində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası prezidentlərinin birinci Zirvə toplantısı keçirilib. Daha sonra isə 2017-ci il noyabrın 1-də Tehran şəhərində ikinci Zirvə toplantısı baş tutub”, - deyə Baş nazirin müavini qeyd edib.

 

Qeyd edək ki, Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilir. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.

 

Üçtərəfli görüşdə nəqliyyat-logistika, energetika və gömrük məsələləri müzakirə edilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.