Lavrov Xəzəryanı ölkələrin səfirləri ilə görüşüb

Oktyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada dörd Xəzəryanı dövlətin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə illik görüş keçirib.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya XİN-in saytı məlumat yayıb. 

 

Görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov da iştirak ediblər.

 

Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, o cümlədən Xəzəryanı dövlətlər arasında sammitə və yüksək səviyyəli görüşlərə hazırlıqla bağlı geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.