“Kiyevə ABŞ tərəfindən “Tomahawk” qanadlı raketlərinin mümkün tədarükü Ukraynadakı münaqişəni həll etməyəcək, amma bu, vəziyyəti nüvə müharibəsinə qədər genişləndirə bilər”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Heç bir “Tomahawk” problemi həll etməyəcək. Bu vəziyyəti nüvə müharibəsinə qədər gətirəcək. Bunu bəlkə də ən yaxşı anlayan Donald Trampdır, buna görə də, o, Zelenskinin gözlədiyi kimi, bu ölümcül silahı (Ukraynaya) verməyə tələsmir və Rusiyanın dərinliyinə hücum etməyə icazə vermir”, - Belarus lideri qeyd edib.