Solçu "Əyilməz Fransa" partiyası ölkə parlamentinə Prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması haqqında qətnamə layihəsi təqdim edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Emmanuel Makron getməlidir. Biz ötən həftə rədd edilən impiçment ərizəsini yenidən təqdim etməyə hazırlaşırıq", - o qeyd edib.