ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patellə mətbuat konfransı keçirəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumat Ağ Evin yaydığı cədvəldə öz əksini tapıb.
"Saat 15:00-da prezident Federal Təhqiqat Bürosunun direktoru ilə mətbuat konfransında iştirak edəcək", - Trampın dərc edilmiş qrafikində deyilir.
Qeyd olunub ki, tədbir Oval ofisdə keçiriləcək.