"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş" Azərbaycanın müvafiq qeyd-şərti ilə təsdiq edilib.
Senzor.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeydedək ki, sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.