Türkiyədə yeni ittifaq: 3 PARTİYA BİRLƏŞİR
VİDEO

Türkiyədə milliyyətçi düşərgədə yeni siyasi ittifaq cəhdləri gündəmdədir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Milliyyətçi Konqres” Dərnəyinin son toplantısında İYİ Partiyanın sədri Müsavat Dərvişoğlu ilə Zəfər Partiyasının sədri Ümit Özdağ arasında müşahidə olunan isti dialoq siyasi kuluarlarda geniş müzakirələrə səbəb olub.

 

Toplantıda Ümit Özdağ birlik mesajı verib. Dərvişoğlu isə “Biz heç vaxt ayrılmamışıq, bir yerdəyik” cavabı ilə diqqət çəkib. Bu açıqlama milliyyətçi partiyalar arasında yeni ittifaq ehtimalını gündəmə gətirib.

 

Lakin İYİ Partiya rəsmiləri bu yaxınlaşmanı hələlik “siyasi dostluq jesti” kimi qiymətləndirirlər. Partiya rəhbərliyi bildirir ki, yalnız milliyyətçi qüvvələrin birləşməsi seçkidə uğur gətirməyə bilər. 

 

İYİ partiyadan ayrılan digər siyasətçi Yavuz Ağıralıoğlu tərəfindən yaradılan Açar Partiyasının (Anahtar) da onlara qoşulma ehtimalı gündəmdədir.

 

Ümit Özdağ (Zəfər Partiyası) və Yavuz Ağıralıoğlu (Açar Partiya) oxşar seçici kütləsinə müraciət etsə də, bu parçalanma “müxalif milliyyətçi sağ”ın ümumi səslərini artırmayıb. 2023 və 2024-cü illərdə keçirilən seçkilərdə İYİ Partiyanın reytinqi 10 faizdən 4 faizə düşüb.

 

Türkiyədə “müxalif milliyyətçi blok” ideyası hələ rəsmi formalaşmasa da, siyasi səhnədə yeni bir yaxınlaşma istiqamətinin yaranmaqda olduğu açıq görünür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.