Pakistan və Əfqanıstan atəşkəs barədə razılığa gəldilər:
DANIŞIQLAR TÜRKİYƏDƏ DAVAM ETDİRİLƏCƏK

Qətər və Türkiyənin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlar zamanı Əfqanıstan və Pakistan nümayəndələri sərhəd bölgəsində dərhal atəşkəs elan edilməsinə dair razılıq əldə ediblər.

 

Senzor.az bildirir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin açıqlamasında bildirilir ki, tərəflər həmçinin iki ölkə arasında sülhün bərqərar olması və bölgədə sabitliyin möhkəmləndirilməsi məqsədilə mexanizmlərin yaradılması barədə razılığa gəliblər.

 

Dohada keçirilən görüşlər Qətər və Türkiyənin vasitəçiliyi ilə regional gərginliyin azaldılması və dialoqun inkişaf etdirilməsi üçün mühüm addım hesab olunur.

 

Bu arada Pakistanın müdafiə naziri Xavadca Asif "X" hesabında məlumat verib ki, nümayəndə heyətləri gələn həftənin sonunda danışıqları Türkiyədə davam etdirəcəklər.

 

“Heyətlər 25 oktyabrda İstanbulda yenidən görüşəcəklər və bütün detalları müzakirə edəcəyik”, – nazir bildirib.

 

O, Pakistan və Əfqanıstan arasında atəşkəs razılaşmasının əldə olunduğunu da təsdiqləyib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.