Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçkilərdə səsvermə saat 8:00-da başlayıb və 18:00-dək davam edəcək.
Seçkilərlə əlaqədar ölkə üzrə ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər Prezident seçilmək üçün birinci turda 50% + 1% səs toplamalıdır. Namizədlərdən hansısa bu səs çoxluğunu əldə edə bilməsə, ölkədə yeddi gün ərzində ikinci tur keçiriləcək.
Qeyd edək ki, seçkidə beşi müstəqil olmaqla yeddi namizəd iştirak edir. Onlar Osman Zorba (Kipr Sosialist Partiyası), Tufan Erhürman (Respublikaçı Türk Partiyası), Arif Salih Kırdağ (müstəqil), Ahmet Boran (müstəqil), Mehmet Hasgüler (müstəqil), İbrahim Yazıcı (müstəqil), Hüseyin Gürlek (müstəqil) və hazırkı Prezident Ersin Tatardır (müstəqil).
Hüseyn Gürlek seçkidən bir gün əvvəl Ersin Tatarın lehinə yarışdan çəkildiyini açıqlamışdı.