
Amerika Birləşmiş Ştatları hazırda Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin istifadəsini genişləndirmək üzrə Avropa İttifaqının (Aİ) planına qoşulmağa isti baxmır.
Bu barədə “Bloomberg“ öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmiləri ötən həftə BVF-nin Vaşinqtonda keçirilən iclası ərəfəsində avropalı həmkarlarına hələlik bu təşəbbüsə qoşulmayacaqları ilə bağlı məlumat veriblər.
Başqa bir mənbə isə ABŞ-ın mövqeyini sadəcə olaraq indiki mərhələdə qeyri-müəyyən kimi xarakterizə etsə də, onun istəksizliyinin səbəbi kimi bazar sabitliyinə dair riskləri göstərib.