Ukrayna PUA-ları Dağıstana zərbələr endirdi - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin dronları (pilotsuz uçuş aparatları - PUA) Dağıstana zərbə endirib, hücum baş verən ərazidəki müəssisələrdən biri əsas hədəf olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə respublika rəhbəri Sergey Melikov öz "Telegram" kanalında yazıb.

 

"Bu gün Dağıstan ərazisində PUA hücumu həyata keçirilib. Onların hədəfi respublikanın müəssisələrindən biri olub", - deyə Melikov bildirib.

 

O əlavə edib ki, hazırda ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur. Dağıntılara dair məlumatlar dəqiqləşdirilir.

 

İlkin xəbərə görə, Mahaçqala səmasında iki PUA müşahidə edilib. Onlardan biri hədəf seçilmiş müəssisənin üzərində partlayıb, digəri isə tikilməkdə olan və içərisində kimsənin olmadığı ticarət mərkəzinə çırpılıb.


 

Yerli əhali avtomatlardan atəş açaraq dronları vurmağa cəhd edib. PUA-ların qəlpələri avtomobillərə ziyan vurub. Hadisə baş verdiyi ərazi mühasirəyə alınıb, xilasedicilər işləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.