Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində ana müxalifət partiyasının lideri Tufan Erhürman qalib gəlib.
Publika.az xatırladır ki, 62 faiz səslə qalib olan Erhürman sabah Prezident Ersin Tatardan vəzifəsini təhvil alacaq.
O, KKTC Parlamentində and içəcək, daha sonra Kipr Türk liderləri Fazıl Küçük və Rauf Denktaşın məzarları üzərinə əklil qoyacaq. Mərasimdə Türkiyəni vitse-prezident Cevdet Yılmaz təmsil edəcək.
Məlumata görə, Erhürman ənənəvi olaraq ilk beynəlxalq səfərini Türkiyəyə edəcək. Səfərin tarixinin gələn həftə müəyyən ediləcəyi gözlənilir.