Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanıldı

Tbilisidə 2 kiloqram uranın qanunsuz əldə olunmasına cəhd edən üç nəfər Çin vətəndaşı saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

 

Saxlanılan şəxslər radioaktiv maddəni Rusiya ərazisi vasitəsilə Çinə qanunsuz daşınmasını planlaşdırıblar. Sövdələşmənin dəyəri 400 min dollar dəyərində qiymətləndirilib.

 

İstintaqla müəyyən edilib ki, Gürcüstanda qanunsuz olan təqsirləndirilən şəxslərdən biri uranı almaqda maraqlı olan mütəxəssisləri ölkəyə gətirib və uranın axtarışlarına başlayıb. Onun hərəkətlərini Çindən olan qrupun digər iştirakçıları koordinasiya edib.

 

Operativ məlumat əsasında Çin vətəndaşları qanunsuz sövdələşmənin razılaşdırılması mərhələsində saxlanılıblar.

 

İstintaq çərçivəsində saxlanılanların Tbilisi və Batumidəki müvəqqəti yaşayış yerlərində axtarışlar aparılıb.

 

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Çin vətəndaşlarının günahı sübuta yetiriləcəyi halda onları 10 ilədək həbs cəzası gözləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.