
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Yaponiyaya üçgünlük səfəri başlayıb.
Senzor.az bildirir ki, Prezident Tramp Asiya turu çərçivəsində oktyabrın 27-də Malayziyadan Tokioya gəlib. O, hava limanından helikopterlə Yaponiya İmperatoru Naruhito ilə görüşə yollanıb.
Oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində Prezident Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşəcək. Tərəflər Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari məsələləri, o cümlədən Yaponiyanın ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə yatırması planını müzakirə edəcəklər.
Qeyd edək ki, bu, Donald Trampın Prezident kimi Yaponiyaya 2-ci səfəridir. O, bundan əvvəl birinci prezidentliyi dövründə 2019-cu ildə Yaponiyada olub. Prezident Trampın təhlükəsizliyinin təminatına 18 min polis işçisi cəlb edilib.