Zelenski: Ukrayna gündəlik 800 dron istehsal etməyi planlaşdırır

Ukrayna gündəlik 500–800 ədəd dron istehsalına başlamağı və döyüş aviaparkını yeni təyyarələrlə gücləndirməyi planlaşdırır.

 

UNİAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

 

“Ölkə ilin sonunadək bütün əsas müqavilələri imzalayaraq gündəlik 500–800 ədəd dron istehsalına başlamağı planlaşdırır”, - Ukrayna dövlət başçısı qeyd edib.

 

Zelenski həmçinin Ukraynanın döyüş aviaparkını 250 yeni döyüş təyyarəsi ilə gücləndirmək niyyətində olduğunu açıqlayıb.

 

Ukrayna Prezidenti qeyd edib ki, ABŞ, İsveç və Fransa ilə F-16, “Rafale” və “Qripen” təyyarələrinin tədarükü ilə bağlı danışıqlar aparılır.

 

Ukrayna lideri xüsusilə İsveçin “Qripen” təyyarələrini prioritet hesab edib. Onun sözlərinə görə, bu təyyarələr xidmət və texniki baxımdan ən sərfəlidir və mövcud Qərb silah sistemlərinə sürətli inteqrasiya üçün əlverişlidir.

 

Zelenski əlavə edib ki, Ukrayna artıq İsveç ilə 150 yeni tam silahlanmış təyyarənin istehsalının ölkə ərazisində lokalizasiyası üzrə müqaviləni imzalamaq üzrə razılığa gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.