Xarici aktivlərini satan "LUKOIL"un AZƏRBAYCANDAKI TALEYİ NECƏ OLACAQ?
VİDEO

Rusiyanın ən iri neft şirkətlərindən biri olan "LUKOIL" sanksiyalar səbəbindən xarici aktivlərini satmağı planlaşdırır.

 

Bu barədə azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus şirkət açıqlama yayıb. 

 

Açıqlamada deyilir ki, bir sıra ölkələrin "LUKOIL" və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətindədir. Bundan sonra potensial alıcıların müraciətlərinə baxılmasına başlanılıb.

 

Açıqlama "LUKOIL"un xaricdəki enerji layihələrində iştirakına və müxtəlif ölkələrdəki törəmə müəssisələrinin gələcək fəaliyyətinə dair suallar yaradıb. Xüsusilə şirkətin Azərbaycandakı törəmə müəssisəsi "LUKOIL Azərbaycan"ın taleyi də gündəmə gəlib.

 

"LUKOIL Azərbaycan"ın nümayəndəsi Rail Ağayev məsələ ilə bağlı Oxu.az-a açıqlamasında bildirib ki, bu barədə hər hansı rəsmi məlumata malik deyil: "Necə ki, siz o məlumatı oxumusunuz, biz də elə. Bizə başqa hər hansı bir məlumat verməyiblər".

 

Qeyd edək ki, bu gün "LUKOIL Georgia" şirkətinin Gürcüstan bazarından tamamilə çıxacağı barədə xəbər yayılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.