Pakistanla Əfqanıstan arasında növbəti görüş noyabrın 6-da İstanbulda keçiriləcək
YENİLƏNİB, VİDEO

Pakistan və Əfqanıstan sərhəd vəziyyətinin nizamlanması ilə bağlı danışıqları davam etdirmək və noyabrın 6-da İstanbulda yeni görüş keçirmək barədə razılığa gəliblər.

 

Senzor.az bildirir ki, Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən yayılan birgə bəyanatda belə deyilir.

 

"Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə 18-19 oktyabrda Dohada Əfqanıstan və Pakistan tərəfindən razılaşdırılmış atəşkəs rejimini möhkəmləndirmək məqsədilə görüşlər keçiriblər. Bütün tərəflər atəşkəsin davam etdirilməsinə razılaşıblar. Əlavə icra üsulları noyabrın 6-da İstanbulda rəhbərlər səviyyəsində keçiriləcək görüşdə müzakirə ediləcək və müəyyən ediləcək", - bəyanatda vurğulanır.

 

Daha əvvəl bildirilmişdi ki, Pakistan Türkiyənin xahişi ilə Əfqanıstanla əvvəlki raundların məqbul nəticə verməməsindən sonra danışıqları bərpa etmək qərarına gəlib.

 

**13:57 (30.10.2025) 


Pakistan Türkiyənin xahişi ilə Əfqanistanla danışıqları bərpa etməyə qərar verib.

 

Bu barədə Pakistanın "Geo News" nəşri mənbələrinə istinadən məlumat yayıb.

 

"Pakistan sülhə nail olmaq üçün bir şans daha vermək məqsədilə dialoqa yenidən başlamağı qərara alıb. Əvvəlki danışıqların pozulmasından sonra ölkəsinə geri qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq", - bəyanatda deyilir.

 

Mənbələrin məlumatına görə, danışıqlar İslamabadın Kabula irəli sürdüyü əsas tələb - Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın və səmərəli tədbirlərin görülməsi ilə bağlı olacaq.

 

Daha əvvəl Pakistanın informasiya və radio yayımı naziri Attaulla Tarar İstanbulda Əfqanıstan tərəfi ilə dördgünlük danışıqların nəticəsiz başa çatdığını bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.