
2026-cı ildən etibarən Moskvada miqrantların iş icazələrinin aylıq dəyəri artırılacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qərar Moskva Şəhər Dumasının fövqəladə plenar iclasında qəbul edilib.
Qərara əsasən, 2026-cı ildən iş icazəsinin aylıq məbləği 8 900 rubldan (189 AZN) 10 000 rubladək (212 AZN) yüksələcək. Bu dəyişiklik şəhərin vergi qanunvericiliyinə düzəlişləri nəzərdə tutan “Moskva şəhərinin bəzi qanunlarında vergi siyasətinə dair dəyişikliklər haqqında” qanun layihəsinə daxil edilib.
Moskva Şəhər Dumasının iqtisadi siyasət və inkişaf idarəsinin rəhbər müavini Darya Murçenko bildirib ki, bu addım Moskva üzrə orta əməkhaqqı səviyyəsinin artımı ilə əlaqədardır: “2026-cı ildən təklif olunan düzəliş iş icazələrinin dəyərinin aylıq 8900 rubldan 10 000 rubla çatdırılmasını nəzərdə tutur. Bu dəyişiklik miqrantların vergi yükünü Rusiya vətəndaşlarının vergi öhdəlikləri ilə bərabərləşdirməyə xidmət edəcək”.