Türkiyənin emal zavodları Rusiya neftinin alışını azaltmağa başlayıblar -
"REUTERS"

Çin və Hindistanın neft emalı zavodlarından sonra Türkiyənin neft emalı zavodları da Rusiya neftinin alışını azaltmağa başlayıb.

 

Bu barədə "Reuters" vəziyyətlə birbaşa tanış olan iki mənbəyə və bir neçə sənaye mənbəyinə istinadən məlumat yayıb.

 

Agentlik qeyd edir ki, bu, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən Rusiya neftinin satışını məhdudlaşdırmaq səylərinin nəticələrinin sübutudur.

 

Mənbələrin məlumatına görə, iri müəssisələr bu yaxınlarda İraq, Qazaxıstan və Rusiyanın digər rəqiblərindən neft tədarük ediblər.

 

"Türkiyədə iki böyük neft emalı zavoduna sahib olan "Turkiye Petrol Rafinerileri AS" (TUPRAS), Aİ-nin qarşıdan gələn sanksiyalarına məruz qalmadan Avropaya yanacaq ixracını davam etdirmək üçün tezliklə Rusiya zavodlardan birindən neftin idxalını tamamilə dayandıracaq", - mənbə agentliyə bildirib.

 

Həmçinin qeyd olunur ki, TUPRAS artıq Braziliyadan ilk neft partiyasını almaqla xam neft tədarükünü şaxələndirib və noyabrın əvvəlində Anqolanın çatdırılması planlaşdırılan ikinci neft partiyasının da gələcəyi gözlənilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.