
Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraq baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında “Su Sahəsində Əməkdaşlıq Çərçivə Anlaşması” imzalanıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, hakan Fidan sənədin iki ölkə tarixində ilk olduğunu vurğulayaraq, bunun İraq tarixində ən böyük infrastruktur yatırımı olacağını deyib.
Qeyd olunur ki, bu mexanizm, Türk şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin İraqdan əldə olunan neft gəlirləri ilə maliyyələşdirilməsini təmin edəcək.
Bu təşəbbüs su resurslarının daha səmərəli istifadəsinə və regionda uzunmüddətli həllərin tapılmasına töhfə verəcək.