
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçiriləcək Zəfər paradında iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğanla birlikdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidanın da paradda iştirak edənlər arasında olacağı gözlənilir.
Qeyd edək ki, Zəfərin 5-ci ildönümünə həsr olunan parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında keçiriləcək.