İslam ölkələri qohum nikahlarının qarşısının alınması üzrə
AZƏRBAYCAN TƏCRÜBƏSİ İLƏ MARAQLANIRLAR

İslam ölkələri yaxın qohum nikahlarının qarşısının alınması istiqamətində Azərbaycan təcrübəsi ilə maraqlanırlar.

 

Senzor.az bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.

 

O bildirib ki, qanunvericilikdə yaxın qohumlar arasında nikahların qarşısının alınmasına yönəlmiş dəyişikliklər minilliklərə söykənən bir mənfi adətin aradan qaldırılması idi: "Bu nailiyyətlə qürur duyuruq. Çünki bu adət insanların sağlamlığına, gələcək nəslin genetikasına, ümumilikdə, cəmiyyətin inkişafına ciddi təhdid yaradırdı. Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycan cəmiyyətində mühüm sosial irəliləyişdir və bu təcrübə təkcə bizim cəmiyyətin deyil, bizi müşahidə edən, prosesləri izləyən digər islam ölkələrinin də diqqətini cəlb edib. Onlar Azərbaycanda bu nailiyyətlərin necə əldə olunduğu ilə maraqlanırlar.

 

Qeyd etməliyəm ki, bir sıra islam qanunları ilə idarə olunan ölkələr Azərbaycan təcrübəsini öyrənməyə, bu qanunvericiliyin formalaşması ilə bağlı tədqiqat və müzakirələr aparmağa maraq göstərirlər. Biz də məmnuniyyətlə onlarla bu mövzuda fikir mübadiləsi aparırıq və düşünürəm ki, bu, region üçün çox önəmli bir addımdır".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.