
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında açıqlama yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsi ilə bağlı axtarış-xilasetmə işlərində son vəziyyət müzakirə olunub.
Gürcüstanın Baş naziri qəzada həlak olan əsgərlərlə bağlı Prezident Ərdoğana başsağlığı verib.
Türkiyə Prezidenti başsağlığı və dəstəyə görə Kobaxidzeyə təşəkkür edib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi daha əvvəl təyyarənin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan sərhədi yaxınlığında qəzaya uğradığını və təyyarədə 20 nəfərin olduğunu açıqlamışdı. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə "C-130" hərbi yük təyyarəsinin qalıqlarının tapıldığını açıqlayıb.