ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin BAKI OFİSİNİN AÇILIŞI OLUB
FOTO

Bu gün ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, tədbirdə ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.

 

Mərasimdə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen, həmçinin Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard nümayəndə heyəti üzvü kimi iştirak ediblər.

 

Qeyd edək ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi 2024-cü il iyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda rəsmi dövlət qeydiyyatına alınıb. İcmanın sədri Quliyeva Olqa Kimovnadır.

 

Xatırladaq ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) xristian köklərinə əsaslanan, lakin bəzi doktrinal xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir.













Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.