
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında aparılan danışıqlarda ticarət, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın gücləndirilməsi, həmçinin mədəni-humanitar əlaqələrin inkişafı müzakirə edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Daşkənddə regional və beynəlxalq gündəliyin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.
"Prezident Kasım-Jomart Tokayev Daşkəndə dövlət səfərinə dəvətə, habelə səmimi qəbula və ənənəvi qonaqpərvərliyə görə Şavkat Mirziyoyevə təşəkkürünü bildirib", - məlumatda bildirilib.