
Noyabrın 15-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.
Senzor.az bildirir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.
Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə Azərbaycana mütəmadi səfərlərinin əlaqələrin inkişafında rolu vurğulanıb.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək bu xüsusda dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.
Söhbət zamanı dövlət başçıları iki ölkə arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.


