Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir
FOTO

Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.

 

Senzor.az bildirir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalar təşkil ediləcək.

 

Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyin mərkəzləri və Atlantik Şurası, Yeni Xətlər İnstitutu, Hudson İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və "The National Interest" jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərinin mütəxəssisləri iştirak edirlər.

 

Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistan və Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələr aparılacaq.

 

İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyada davamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiş təşəbbüsləri müzakirə edəcəklər.

 

Forumda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirir ki, avqustun 8-də Azərbaycanla Ermənistan arasında razılaşmaların imzalanması Cənubi Qafqazda sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni zəmin yaradır.

 

O, mövcud vəziyyətin sülhün, iqtisadi əməkdaşlığın və təhlükəsizliyin birləşdirilmiş platformasını yaratmaq şansı verdiyini vurğulayıb.

 

F. Şəfiyevin sözlərinə görə, hazırkı görüş Azərbaycan və ABŞ ekspert icmaları arasında bu formatda keçirilən ilk təşəbbüs olub və əsas regional məsələləri müzakirə etmək üçün mühüm imkan yaradıb.

 

BMTM sədri vurğulayıb ki, bölgə cəmiyyətləri arasında etimadın bərpası və ünsiyyətin qurulması zərurətini xüsusi vurğuladı. O, ekspert dialoqunun dayanıqlı sülhün formalaşması üçün zəmin yaradacağına ümid etdiyini bildirib, həmçinin Azərbaycanın analitik icması üçün ABŞ beyin mərkəzlərinin iş təcrübəsinin faydalı olacağını vurğulayıb və ABŞ ekspertlərini tövsiyələrin mübadiləsinə və birgə tədqiqatlara dəvət edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.