
Bakıda 9-cu Beynəlxalq Bankçılıq Forumu başlayıb.
Senzor.az bildirir ki, iki gün davam edəcək forum nağdsız iqtisadiyyat, rəqəmsal transformasiyada sıçrayış tendensiyaları, maliyyə texnologiyaları, rəqəmsal bank həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platformadır. 
Forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilir. İştirakçılar maliyyənin gələcək mənzərəsini araşdırır, maliyyə dayanıqlılığını necə formalaşdıracaqlarını qiymətləndirir və səmərəli maliyyə ekosistemi qurmaq məsələlərini müzakirə edirlər.

Azərbaycanın ev sahibliyi etdiyi forumun işində dövlət qurumlarının, kommersiya banklarının, özəl müəssisələrin, tanınmış beynəlxalq maliyyə təşkilatlarının, diplomatik nümayəndəliklərin və akademik dairələrin təmsilçiləri də iştirak edirlər.