DİN bank kartları ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib

"Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır".

 

Senzor.az bildirir ki, DİN Mətbuat Xidmətinin yaydığı məlumatda belə deyilir.

 

DİN bununla bağlı növbəti dəfə çağırış edib, vətəndaşları sadə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

 

Məlumatda aşağıdakılar vurğulanır:

 

— Hər zəngi açmayın. Naməlum nömrələrdən edilən zənglər çox vaxt dələduzluq məqsədi daşıyır.

 

— Hər SMS-ə cavab verməyin. “Bonus qazandınız”, “Hesabınız bloklanıb”, “Təcili ödəniş edin” kimi mesajlar tələ ola bilər.

 

— Hər linkə daxil olmayın. Saxta saytlar kart məlumatlarınızı ələ keçirmək üçün hazırlanır.

 

— Şəxsi məlumatları paylaşmayın. PIN, CVV, 16 rəqəmli kart nömrəsi və SMS kodlar yalnız sizə məxsusdur.

 

"Sizə zəng edən heç bir bank əməkdaşı şəxsi kart məlumatlarınızı istəmir. Şübhəli hal gördükdə dərhal bankınıza və polisə məlumat verin", - deyə məlumatda vurğulanır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.