Avropa İttifaqı “Hərbi Şengen” yaradır

Avropa Komissiyasının Kollegiyası bu gün Avropa İttifaqında (Aİ)  hərbi mobilliyin artırılması və qoşunların, texnikanın sürətli və maneəsiz hərəkətini təmin etmək üçün "hərbi çeviklik" üzrə təkliflər paketini təsdiqləyib.

 

Bu bardədə “Evropeyskaya Pravda” məlumat yayıb.

 

Təkliflər paketini Aİ-nin Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təqdim edib. Layihənin əsas məqsədi 2027-ci ilə qədər bütün Avropanı əhatə edən “Hərbi Şengen” məkanının yaradılmasıdır. Bu, Avropa boyunca qoşunların və hərbi texnikanın hərəkətini daha sürətli, təhlükəsiz və koordinasiyalı edəcək.

 

“Bazar ertəsi Polşa dəmir yoluna edilən hücumdan başlamaq istəyirəm. Bu hadisə Avropanın nəqliyyat infrastrukturunun misli görünməmiş risklə üz-üzə olduğunu göstərir. Rusiyanın hücumları getdikcə daha cəsarətli olur. Kritik infrastrukturumuz daha güclü qorunmasına ehtiyac duyulur”, – Kallas vurğulayıb.

 

O qeyd edib ki, Avropa hərbi qüvvələrinin sürətli hərəkəti Avropanın müdafiəsi üçün həyati əhəmiyyət daşıyır.(APA)

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.