Şimali Kipr Prezidenti TÜRKPA-nın Baş katibini qəbul edib
FOTO

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Senzor.az bildirir ki, Ramil Həsən TÜRKPA-ya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə Şimali Kiprə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb.

 

Eyni zamanda Şimali Kiprin TÜRKPA-nın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini də diqqətə çatdırıb.

 

TÜRKPA-nın Baş katibi son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri dövlət başçısının diqqətinə çatdırıb, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Şimali Kiprə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi olaraq qeyd edib. O həmçinin Assambleyanın səlahiyyətləri çərçivəsində Şimali Kiprin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

 

Baş katib TÜRKPA-nın fəaliyyətdə olan və Qazaxıstan parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə qurumun 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüsləri hazırladığını və bu təşəbbüslərdə Şimali Kipr nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.

 

Tufan Erhürman isə türk dövlətlərinin Şimali Kiprin haqlı fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində bundan sonra da dəstək göstərəcəyinə, TDT çərçivəsində həyata keçirilən layihələrdə Şimali Kipr Türk Respublikasının aktiv iştirakının davam edəcəyinə və Şimali Kipr Məclisinin TÜRKPA-nın 2026-cı il üçün nəzərdə tutulmuş fəaliyyətlərində özünəməxsus rol oynayacağına inamını xüsusi olaraq vurğulayıb.

 

Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, eləcə də Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.