
"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişə ilə bağlı sülh planı Alyaskadakı görüşdən əvvəl müzakirə edilib".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Onun sözlərinə görə, müzakirələr zamanı ABŞ tərəfi Moskvadan müəyyən güzəştlərə getməsini istəyib. Putin qeyd edib ki, danışıqlar zamanı Rusiya sülh təklifləri ilə razı olduğunu təsdiqləyib: "Lakin Alyaskada keçirilmiş danışıqlardan sonra Ukraynanın Trampın təklif etdiyi planı rədd etməsi səbəbilə Vaşinqton tərəfindən fasilə yaranıb".
Putin hesab edir ki, buna görə də Tramp 28 bənddən ibarət "yenilənmiş plan" irəli sürüb. Dövlət başçısı qeyd edib ki, Trampın planının mətni Rusiyaya verilib: "Güman edirəm ki, bu da yekun sülh nizamlanmasının əsasını təşkil edə bilər. Amma bu mətn bizimlə konkret şəkildə müzakirə edilmir".