Pezeşkian İranın milli valyutasının denominasiyası haqqında
FƏRMAN İMZALADI

İran Prezidenti Məsud Pezeşkian milli valyuta - rialın denominasiyası haqqında fərman imzalayıb.

 

"Tasnim" xəbər verir ki, Prezident administrasiyasının məlumatında belə deyilir.

 

"İran İslam Respublikası Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan - red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib", - məlumada vurğulanıb.

 

Məlumata görə, bir rial yüz kerandan ibarət olacaq ki, bu da İranda milli valyutanın tarixi adını daşıyan daha kiçik vahiddir. Parlament tərəfindən təsdiqlənmiş valyutaya keçid dövrü üç il çəkəcək və bu müddət ərzində həm köhnə, həm də yeni tip pul nişanlarının istifadəsinə icazə veriləcək.

 

Daha əvvəl İran Konstitusiyasının Keşikçiləri Şurası milli valyuta əsginaslarından dörd sıfırın silinməsi haqqında qərarın İran Konstitusiyasına zidd olmadığını bəyan edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.