Türkiyə Qəzzada beynəlxalq qüvvələrin tərkibində iştirak edəcəkmi?
ANKARA HƏLƏ QƏRAR VERMƏYİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı beynəlxalq sülhməramlı missiyada ölkəsinin silahlı qüvvələrinin iştirakı ilə bağlı hələ də qərar vermədiyini bildirib.

 

"Anadolu" xəbər verir ki, o bu açıqlamanı Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsindəki mətbuat konfransı zamanı verib.

 

"Bu məsələnin qiymətləndirilməsi tələb olunur. Buna görə də, biz, xüsusən də Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrimizin Qəzzada sabitləşdirici amil kimi necə istifadə edilə biləcəyini təhlil edəcəyik. Bu qiymətləndirmədən sonra qərar veriləcək", - deyə o bildirib.

 

Xatırladaq ki, hazırda ABŞ Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması ilə bağlı bir neçə ölkə ilə qapalı danışıqlar aparır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.