Bakıda plazadakı PARTLAYIŞA SƏBƏB qaz sızmasıdır? - VİDEO

""AFEN plaza"da partlayışa səbəb qaz sızmasının olması ilə bağlı iddiaları indidən səsləndirmək hələ tezdir".

 

Senzor.az bildirir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev deyib.

 

O qeyd edib ki, bu kimi iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər: "Səhər saatlarında - təxminən 9-da “AFEN plaza”da partlayış qeydə alındı. Bütün dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq hadisə yerində istintaqa başladı. "Azəriqaz" İstehsalat Birliyi olaraq da əməkdaşlarımız hadisə yerinə ezam olundu və onlar Birliyə aid boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binaya qazın verilişi təmin olunmayıb. Həmçinin bina yaxınlığından keçən boru xətlərində də hansısa nasazlıqların olduğu iddiaları səsləndirilir. Bu kimi iddialarin səsləndirilməsi tezdir. Hüquq mühafizə orqanları hadisə yerindədirlər, araşdırma aparırlar. İstintaq işləri icra edilir. Ən doğru məlumat istintaqın yekununda açıqlanacaq. Bu baxımdan müxtəlif iddiaların səsləndirilməsi istintaqın gedişinə maneə kimi qiymətləndirilə bilər".

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.