Türkiyədə BƏƏ kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirildi - VİDEO

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kəşfiyyat xidmətinə bağlı olan şəbəkə zərərsizləşdirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə "Siyasi və ya hərbi casusluq" fəaliyyətlərinin ifşa olunması məqsədilə əməliyyat keçirilib.

 

Qeyd olunub ki, BƏƏ kəşfiyyat xidmətinə bağlı olan bir qrup şəxs Türkiyədəki bir mobil operatordan aldıqları nömrə ilə saxta profillər yaradıblar və bu yolla müdafiə sənayesində rəhbər vəzifədə çalışanlar, Xarici İşlər Nazirliyinə məxsus bir telefon və bəzi xarici ölkələrin rəsmiləri ilə əlaqədə olan şəxslər barədə məlumat toplamağa çalışıb.

 

İstintaq çərçivəsində kimliyi dəqiqləşdirilən 4 şübhəli müəyyən edilib. Əməliyyat zamanı 3 şübhəli saxlanılıb, 1 nəfər isə ölkə xaricində olduğuna görə barəsində həbs qərarı verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.