Türkiyə Təhlükəsizlik Şurasında Cənubi Qafqazda əməkdaşlıq perspektivləri də
MÜZAKİRƏ EDİLDİ

Türkiyən Milli Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin olunması üçün Cənubi Qafqazda rifaha töhfə verməyə davam edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair yayılan məlumatda əksini tapıb.

 

İclasda Azərbaycanla Ermənistan arasında son dövrlərdə sülh prosesi çərçivəsində əldə olunan müsbət irəliləyiş fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Türkiyə Təhlükəsizlik Şurasının gündəliyində, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibə, Sudan və Suriyada vəziyyət, eləcə də ümumilikdə Yaxın Şərqdəki durumla bağlı məsələlər yer alıb.

 

Türkiyənin gündəmindən terrorizm probleminin tam şəkildə çıxarılması istiqamətində göstərilən səylərə ayrıca diqqət yetirilib.

 

Ukraynadakı vəziyyətlə bağlı döyüş bölgəsində gərginliyin yeni mərhələlərə keçməsi riskinin fonunda diplomatik səylərin əhəmiyyəti vurğulanıb. Davamlı və ədalətli sülhə nail olmaq istiqamətində səylərin davam etdirilməsinə dair qətiyyət bir daha qeyd edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.