
Bu gün səhər saatlarından Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır.
Bu barədə “Ukrainskaya pravda”nın hadisə yerindəki əməkdaşı məlumat verib.
Axtarış "Mindiç işi" üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.
Bu arada Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.
Bu barədə o, Telegram kanalında bildirib.
“Bu gün NABU və SAP həqiqətən mənim evimdə prosessual hərəkətlər icra edirlər. Müstəntiqlər üçün heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib”, - o qeyd edib.
Yermak hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə olan vəkillərinin ərazidə olduğunu vurğulayıb və əlavə edib ki, o, istintaqla tam əməkdaşlıq edir.
...Qeyd edək ki, Ukrayna Ali Radasının “Avropa Həmrəyliyi” Partiyasından deputatı Aleksey Qonçarenko bildirib ki, NABU Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi, keçmiş müdafiə naziri Rustem Umerova qarşı araşdırma aparır. Parlamentarinin sözlərinə görə, o, dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunur.
NABU son bir həftə ərzində enerji sahəsində korrupsiya işinin araşdırılması, o cümlədən danışıqların dinlənilməsi barədə məlumatları açıqlayıb. Bu işdə əsas fiqur Zelenskinin keçmiş tərəfdarı, “Kvartal 95” studiyasının ortaq sahibi Timur Mindiçdir.
Bundan sonra Ukraynada iki nazir - energetika naziri Svetlana Qrinçuk və ədliyyə naziri Qerman Qaluşenko istefa vermək məcburiyyətində qalıb. NABU və SAP-ın versiyasına görə, iş adamı Ukraynanın üç atom elektrik stansiyasının operatoru olan "Energoatom" dövlət müəssisəsində genişmiqyaslı korrupsiya sxemi quran cinayətkar qrupa rəhbərlik edib. Qrup üzvləri dövlət müəssisəsinin qarşı tərəflərindən onlarla bağlanmış müqavilələrin dəyərinin 10-15%-ni geri alıb. Bu vəsait Kiyevin mərkəzindəki bir ofisdə leqallaşdırılıb. Müstəntiqlər bildirilib ki, ümumilikdə təxminən 100 milyon dollar “yuyulub”. Mindiç Ukraynanı tərk edib, o, axtarışdadır.
Ukrayna mətbuatı da bir neçə gün əvvəl məlumat yaymışdı ki, NABU Andrey Yermak və Rustem Umerova qarşı korrupsiya ittihamları hazırlayır.
Rustem Umerovun Timur Mindiçin “çirkli pulların yuyulması" işi üzrə noyabrın 25-də şahid qismində dindirildiyi də bildirilmişdi.
"Bloomberg" isə Zelenski və ona yaxın məmurların korrupsiya qalmaqalında əli ola biləcəyinə dair iddia ilə çıxış edib. Korrupsiya qalmaqalında Andrey Yermakın da adı hallanır.

