
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi əməliyyatların əvvəlindəki məsləhətə əməl etsəydi, hazırkı vəziyyət yaranmazdı.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukrayna Minsk razılaşmalarını yerinə yetirsəydi, müharibə olmazdı və Ukrayna 1991-ci il sərhədləri daxilində qalardı. Ukraynanın hazırkı sərhədləri daxilində qalmasını istəyirsinizsə (cəbhədəki reallıqları nəzərə alaraq), danışıqlar aparmalısınız, danışıqlar prosesini pozmağa ehtiyac yoxdur. Real vəziyyətə əsaslanaraq, əlinizdə olanı necə qoruyub saxlayacağınız barədə düşünün. İndi hər şeyiniz var: dənizə çıxış, Odessa və Nikolayev. Amma bunlar olmaya da bilər. Bir anda, bir göz qırpımında. Buna görə də hər şeyi ölçüb-biçməli və əsaslı bir qərar verməlisiniz”, - o vurğulayıb.