
"Ermənistanın Avropa İttifaqının böhranın idarə edilməsi əməliyyatlarında iştirakının çərçivələrinin müəyyən edilməsi haqqında" saziş yerli parlamentdə ratifikasiya edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sazişin lehinə 55 hakimiyyətyönümlü deputat səs verib, 24 deputat isə bitərəf qalıb.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib ki, bu sazişlə "Ermənistan təhlükəsizlik məsələsində təkcə istehlakçı olmayacaq, həm də Avropadakı tərəfdaşlarının həyata keçirdiyi təhlükəsizlik tədbirlərini dəstəkləyəcək".