
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 39-cu qurultayı öz işinə başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qurultayın ilk günü partiyanın proqramı və nizamnamə dəyişikliyi qəbul edilib.
Üç gün davam edəcək qurultayın şüarı “İndi iqtidar zamanı” olaraq müəyyənləşdirilib.
Qurultayın ilk günündə həm də Partiya Məclisinin üzv sayı 60-dan 80-ə qaldırılıb. Özgür Özəl çıxışında bildirib ki, məqsəd CHP-ni iqtidara daşıyacaq və Türkiyənin əsas problemlərini həll edəcək yeni hökumət proqramı formalaşdırmaqdır.
Qurultaya dəvət edilən keçmiş sədr Kemal Kılıçdaroğlu tədbirə qatılmayıb. Sabiq sədr Hikmet Çətin də səhhətindəki problemlərə görə tədbirdə iştirak etməyib.
Tutulan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu, vəzifədən uzaqlaşdırılan Esenyurt Bələdiyyə Başqanı Ahmet Özer, eləcə də Ankara və İzmir başda olmaqla çox sayda bələdiyyə başqanı qurultayda iştirak ediblər.
CHP-də sədr seçkisində yalnız bir namizəd var – iki ildən çoxdur partiyaya rəhbərlik edən Özgür Özəl. Qurultayda əsas rəqabətin Partiya Məclisinə (PM) seçkilərdə yaşanacağı gözlənilir.